HHM bölmələrində döyüş atışları icra olundu - Video

hhm-bolmelerinde-doyus-atislari-icra-olundu
Oxunma sayı: 1140

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Müdafiə Nazirliyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.

Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ümumqoşun poliqonunda keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Döyüş atışlı təlimdə HHM bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər.