Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların ikiəsrlik birgəyaşayış tarixinə həsr olunan “Counterpoint” sənədli filmi ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, filmin görüntülərini “X” sosial şəbəkəsindəki hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşımda qeyd olunur ki, bu tarix müasir Almaniyanın Baden-Vürtemberq federal torpağından olan şvab ailələrinin Azərbaycana köçürülməsi ilə başlayır:
“Sənədli film alman köçkünlərin və yerli azərbaycanlıların öz dinlərini, dillərini və adət-ənənələrini qoruyub saxlayaraq necə çiçəklənən icmalar yaratdıqlarından bəhs edir. Lakin sovet repressiyaları, deportasiyalar və müharibə hər iki xalqın formalaşmış birgəyaşayışını pozub.
Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında filmin müəllifləri bu günümüzə qədər qorunub saxlanılan mədəni irsi və tarixi yaddaşın keçmişin sınaqlarından necə çıxdığını araşdırırlar”.
COUNTERPOINT DOCUMENTARY
Counterpoint traces two centuries of #German-#Azerbaijani coexistence, beginning with Swabian families who left what is now Baden-Württemberg and established settlements in Azerbaijan.
The documentary explores how German settlers and local Azerbaijanis built prosperous communities while preserving their different faiths, languages and traditions — before Soviet repression, deportations and war disrupted that shared history.
Through descendants, historians and diplomats, the film examines what remains of that legacy today and how cultural memory has survived.
YT (German): https://t.co/CwwdqI3K4j
YT (English): https://t.co/5maI96jPvt
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 17, 2026
Son xəbərlər
Son Xəbərlər