Hikmət Hacıyev İran səfiri ilə görüşdü

hikmet-haciyev-iran-sefiri-ile-gorusdu
Oxunma sayı: 1189

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Abbas Musəvi tviter hesabında paylaşım edib.

“Bu gün mən Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevlə görüşdüm. Görüşdə 2 qardaş ölkənin münasibətlərindəki son hadisələr müzakirə edildi. İran və Azərbaycan arasında əlaqələrin daha da inkişafı və dərinləşdirilməsi gündəmdədir” , - deyə paylaşımda qeyd olunub.