Hikmət Xəlilovdan 4 milyon tələb edənə ağır cəza verildi

hikmet-xelilovdan-4-milyon-teleb-edene-agir-ceza-verildi
Oxunma sayı: 3752

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən V.Xələfov  hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etməkdə və xuliqanlıqda təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisəyə səbəb müttəhimlə zərərçəkmiş arasında əvvəldən yaranan pul mübahisəsi olub.

İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan MP- 654K markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4.165.000 manat pul tələb edib.

Sail Ağasəlim