Hollandiyalı hakim Azərbaycandan üzr istədi

hollandiyali-hakim-azerbaycandan-uzr-istedi
Oxunma sayı: 9938

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçında hakim səhv qərarı ilə yadda qaldı.

“Qafqazinfo” xəbər verir ki, görüşü idarə edən hollandiyalı FIFA referisi Dennis Yohan Hiqler 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu qeydə almadı və yığma 0:1 hesabı ilə uduzdu.

Matçdan sonra hakim səhvini etiraf edib. Epizodun videoyazısına baxan hollandiyalı Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçdən və komanda üzvlərindən verdiyi yanlış qərara görə üzr istəyib.