Hollivudun məşhur cütlüyü boşanır

hollivudun-meshur-cutluyu-bosanir
Oxunma sayı: 2340

Hollivudun ən çox qazanan aktyoru Corc Kluni və hüquqşunas xanımı Amal Kluni boşanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nüfuzlu “Life & Style” jurnalı məlumat yayıb. Qeyd olunub ki, 2014-cü ildə ailə quran və iki övladı olan cütlük ayrılıq qərarı alıb.

İddia olunur ki, Corc uşaqların ABŞ-da, Amal isə İngiltərədə təhsil almasını istəyir. Bu fikir ayrılığı cütlük arasında mübahisəyə səbəb olub və münasibətləri korlanmağa başlayıb. Bu səbəbdən Kluni ailəsi ayrılıq qərarı alıb.