Hövsan Yaşayış Kompleksində mənzillər satışa çıxarılır

hovsan-yasayis-kompleksinde-menziller-satisa-cixarilir
Oxunma sayı: 3283

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin satışı 10 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

"Qafqazinfo" xəbər verir ki, gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.