Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza mayın 14-də saat 18 radələrində Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Ş.Qasımlı idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər