Hüseyn Abdullayevin vəziyyəti necədir? - Rəsmi açıqlama - Yenilənib

huseyn-abdullayevin-veziyyeti-necedir
Oxunma sayı: 9854

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun keçmiş vəkili Rəsul Cəfərov bildirib. R.Cəfərov H.Abdullayevin ailəsinin onun infarkt keçirməsi barədə məlumat verdiyini deyib.

Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə o, azadlığa çıxa bilməyib.

O, bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.

***

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Hüseyn Abdullayev bu il avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.

Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.

Qeyd edilib ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir.