İcra başçısının müavini vəzifəsindən getdi

icra-bascisinin-muavini-vezifesinden-getdi
Oxunma sayı: 13810

Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.

O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Məlumata görə, Qusar RİH başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

Xatırladaq ki, S.Məmmədxanov bu ilin iyulun 8-i Qusarın icra başçısı təyin olunub.