İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanıldı

ictimai-neqliyyatda-cibgirlik-eden-sexs-saxlanildi
Oxunma sayı: 2151

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etməkdə şübhəli bilinən Mətləb İsmayıllı saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs avtobusdakı sərnişinin cibindən 600 manat nağd pulu oğurlayaraq ələ keçirib. M.İsmayıllının digər anoloji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.