“İctimai nəqliyyatdan istifadə edirəm, kartımı göstərərəm”

ictimai-neqliyyatdan-istifade-edirem-kartimi-gostererem
Oxunma sayı: 5444

“Qərarlar tək bir insan tərəfindən qəbul olunmur. Düşünüldü ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalacaq. Ona görə bunlar düşünülmüş qərarlardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib. 

Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, o özü şəxsən ictimai nəqliyyatdan istifadə edir: “İstəsəniz sizə metro kartımı göstərə bilərəm. Avtobuslarda sıxlıq vizual görünürdü. Nəqliyyat agentliyinə bildirildi ki, avtobusların sayı çoxaldılsın. Metronun fəaliyyəti epidemioloji vəziyyət nəzərə alınaraq bağlanıb. İş saatlarında fərqli vaxtlar tətbiq olunub”.

Günel Türksoy