Bakı Konqres Mərkəzində “İƏT Yaradıcı Həftə 2025” tədbirinin rəsmi açılış mərasimi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, 5–11 dekabr tarixlərində Bakı “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə ev sahibliyi edir.
Heydər Əliyev Fondunun tərəfdaşlığı, Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə keçirilən festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın inkişafı, mədəniyyətlərarası dialoqun və tolerantlıq dəyərlərinin təşviqi məqsədi daşıyır.
Tədbirdə 50-yə yaxın ölkədən 300-dən çox rəsmi nümayəndənin, mədəniyyət və yaradıcı sənaye ekspertlərinin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində 5 000-dən artıq ziyarətçinin qatılacağı proqnozlaşdırılır.
Lamiyə Məmmədova
Fotolar: Pərvin Zeynal

















Son xəbərlər
Son Xəbərlər