İki “07” toqquşdu, ata öldü

iki-07-toqqusdu-ata-oldu
Oxunma sayı: 1091

Şəmkir rayonunun Çaparlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 13-də saat 21 radələrində qeydə alınıb. 

Rayon sakinləri R.Məhərrəmovun və A.Məhərrəmovun idarə etdikləri “VAZ-2107” markalı 2 avtomobil toqquşub. Nəticədə R.Məhərrəmovun sərnişini olan atası Rəhim hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.