İki cüdoçumuz Avropa çempionu oldu - Foto

iki-cudocumuz-avropa-cempionu-oldu
Oxunma sayı: 1655

Azərbaycan cüdoçusu Nihat Məmişov Avropa çempionu olub. 

“Qafqazinfo” xəbər verir ki, o, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında qitə birinciliyində qızıl medal qazanıb. 

N.Məmişov finalda italiyalı Françesko Sampinoya qalib gəlib.

***

Cüdoçumuz Məhəmməd Musayev də Avropa çempionu olub.

Məhəmməd Musayev həlledici görüşdə Fransa təmsilçisi Aleksis Renara qalib gəlib. O, rəqibini ippona salmağı bacarıb.