İki ölkədə 8 baladək zəlzələ oldu

iki-olkede-8-baladek-zelzele-oldu
Oxunma sayı: 3198

Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təkanlar Kubada da 7,3 bal gücündə hiss edilib. Zəlzələ Yamaykanın Lusea şəhərindən 117,4 kilometr məsafədə - Kubanın cənubunda meydana gəlib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı edilməyib. Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.