İkiaylıq körpə 29 saat sonra sağ çıxarıldı - Video

ikiayliq-korpe-29-saat-sonra-sag-cixarildi
Oxunma sayı: 6059

Türkiyədə baş verən dəhşətli zəlzələdən 29 saat sonra 2 aylıq körpə xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, körpənin xilasedilmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Mehmet Çınar adlı körpənin valideynlərinin xilas edilib-edilmədiyi bəlli deyil.

Görüntülərdə onun babasının sağ olduğu aydınlaşır.

Xilas edilərkən ayaqyalın olan uşaq isti parçaya bükülüb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.