Futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın “Atletiko” komandasının stadionu “Metropolitano”da keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“Metropolitano” stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib.
Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) da UEFA-nın 2027-ci ildə baş tutacaq Çempionlar Liqasının final matçına ev sahibi olamağa namizəd idi.
Son xəbərlər
Son Xəbərlər
.jpg)