İkiqat Azərbaycan çempionunu öldürən şəxs tutuldu - Yenilənib

ikiqat-azerbaycan-cempionunu-olduren-sexs-tutuldu
Oxunma sayı: 14003

Azərbaycanda gənc idmançı öldürülüb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Sayt yazır ki, idmançı qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.

***

 

APA-nın məlumatına görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.