İlber Ortaylı qəzaya düşdü - Foto

ilber-ortayli-qezaya-dusdu
Oxunma sayı: 1767

Türkiyəli tanınmış professor İlber Ortaylı avtomobil qəzasına düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Balıkesir şəhərində baş verib.

Qeyd olunur ki, İlber Ortaylının olduğu avtomobil başqa bir maşınla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.