İlham Əliyev İcra Hakimiyyətinə pul ayırdı

ilham-eliyev-icra-hakimiyyetine-pul-ayirdi
Oxunma sayı: 4085

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qaqfazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.