İlham Əliyev iş adamlarına dəstək üçün tapşırıq verdi

ilham-eliyev-is-adamlarina-destek-ucun-tapsiriq-verdi
Oxunma sayı: 5498

Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxunub.

Prezident iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib.

Bununla yanaşı, dövlət başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.