İlham Əliyev silahları yoxladı - Fotolar

ilham-eliyev-silahlari-yoxladi
Oxunma sayı: 9238

Ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə baş çəkib.

“Qafqazinfo” xəbər verir ki, burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib.

İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb.