İlham Əliyev yerli sakinlə çay süfrəsində

ilham-eliyev-yerli-sakinle-cay-sufresinde
Oxunma sayı: 3462


Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib. 

“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, bu yol prezidentin ötən ilin oktyabrında imzaladığı sərəncama əsasən tikilib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Bundan başqa, İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib. 

Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Prezident İlham Əliyev bərpa olunmuş evlərdən birində yaradılmış şəraitlə tanış oldu. Dövlət başçısı ev sahibi Vəli Şəmilovun ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət edib.

Prezident eyni zamanda Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Prezident əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. O,  muzeyin rəmzi açılışını bildirən lenti kəsib