İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - Fotolar

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
Oxunma sayı: 1275

İtaliyada dövlət səfərində olan Prezident İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, Romanın Kuirinale Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.

İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi