İlham Zəkiyevə vəzifə verildi - Ad günündə

ilham-zekiyeve-vezife-verildi-
Oxunma sayı: 8304

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib.

Qafqazinfo”nun məlumatına görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013 - 2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

Sonra rəhbər orqanlara seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.

Qeyd edək ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev bu gün doğum gününü qeyd edir. Onun 37 yaşı tamam olur.