“İlhamə Quliyeva hesab ödəməmək üçün restorana şər atdı” - Video

ilhame-quliyeva-hesab-odememek-ucun-restorana-ser-atdi
Oxunma sayı: 7217

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı iddia irəli sürüb.  

"Qafqazinfo" xəbər verir ki, bu barədə o, "Elgizlə izlə" verilişində danışıb. O, sənətkarın hesab ödəməmək üçün restorana şər atdığını deyib:

"Hesab çox oldu. Baxdı ki, çox şey sifariş edib. Yanındakına dedi ki, guya sən zəhərlənmisən, başla qusmağa. Pis oldum ki, insanlar belə qulluq edib. Yanımızda oturan da elə bil öyrənmişdi. Başladı qaytarmağa. İlhamə xanım təcili yardıma zəng vurdu ki, təcili gəlin filan restorana, burada insan ölür. Başladı qışqırmağa ki, bu nə yeməkdi. Qəfildən qapı açıldı, məkanın əməkdaşı girdi içəri ki, filankəs bildi burdasınız, bütün hesabı ödəyib. İlhamə Quliyeva qayıtdı ki, zəng edin təcili yardım gəlməsin. Yenidən yeməyə davam etdi".