İlin fotoları...

ilin-fotolari
Oxunma sayı: 5032

“National Geographic” 2025-ci ilin “İlin şəkilləri” siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, dünyanın müxtəlif guşələrində çəkilmiş bu 23 foto həm gücü, həm emosional təsiri, həm də vizual ustalığı ilə seçilir.

Minlərlə kadr arasından seçilən fotolar təbiətin və insan həyatının ən dramatik, nadir və ilhamverici anlarını əks etdirir.

Fotolar arasında Hindistanda milyonlarla zəvvarın toplandığı Mahakumbh Meladan tutmuş Cənubi Sudanda 6 milyon antilopun rekordmiqyaslı köçü, İraqdakı qədim Məndai dini ayinləri, Braziliyada meşələrdə qalan son yaquarlar, Ukraynada müharibədən qaçan ailələr, Arktikada buzlar arasında qida axtaran ayılar kimi təsirli hekayələr yer alır.

Elmi kəşflər də siyahıda xüsusi yer tutur — Almaniyada 54 milyon dərəcəlik reaksiyaya nail olan nüvə füzyonu cihazı, genetik dəyişdirilmiş donuz embrionları, süni şəffaf yumurtalarda inkişaf edən quş embrionları kimi anlar diqqət çəkir.

“National Geographic”in 2025-ci il seçimi bir daha göstərir ki, bu fotolar sadəcə görüntü deyil, planetin hekayəsini danışan güclü sənədli şahidlərdir.