“İlin ölkəsi” seçildi

ilin-olkesi-secildi
Oxunma sayı: 2376

Böyük Britaniyanın “The Economist” jurnalı Özbəkistanı “İlin ölkəsi”seçib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nəşr 2019-cu ildə dünyanın digər dövlətlərindən fərqli olaraq orada daha müsbət dəyişikliklər olduğunu diqqətə çatdırıb.

Bildirilir ki, Özbəkistan hələ üç il əvvəl “postsovet diktaturası” və “qapalı cəmiyyət” idi.

“Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra əvvəlcə bir az dəyişiklik oldu, ancaq 2018-ci ildə son bir ildə sürətlənən islahatlar aparmağa başladı. Hökümət məcburi əməyi xeyli dərəcədə aradan qaldırdı, “Jaslık” həbsxanasını bağladı, daha çox sərhəd keçid məntəqələri açdı və xarici jurnalistlərin ölkəyə daxil olmasına icazə verdi. Jurnalistlərin fikrincə, ölkə demokratiyadan çox uzaqdır və orada  görüləsi işlər çoxdur, lakin 2019-cu ildə başqa heç bir dövlət bu qədər yol keçməyib”,- deyə “The Economist” qeyd edib.

“The Economist” nəşrinin reytinqinə düşən digər ölkələrin sırasına Yeni Zelandiya, Şimali Makedoniya və Sudan da daxil olub.