İlk finalçı müəyyənləşdi - Video

ilk-finalci-mueyyenlesdi
Oxunma sayı: 2462

Klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalın birinci matçında İngiltərənin “Çelsi” komandası Braziliyanın “Fluminense” klubu ilə üz-üzə gəlib. 

Rəqibinə 2 cavabsız qolla qalib gələn London təmsilçisi adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər görüşü iyulun 9-da “Real Madrid” və PSJ arasında olacaq.