“Qafqazinfo”nun fins.az-a istinadən məlumatına görə, yeni qatar hazırda Bakı Dəmir Yolu Vağzalındadır. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Digər 4 qatardan biri bu ay, qalan 3-ü isə gələn ilin yanvar ayına qədər Azərbaycana gətiriləcək.
Qatarların alınması üzrə saziş bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində imzalanıb.
Son xəbərlər
Son Xəbərlər