İmamoğlu “Bloomberg”in siyahısında

imamoglu-bloombergin-siyahisinda
Oxunma sayı: 2355

“Bloomberg Business Week” 2019-cu ildə ən çox diqqət çəkən 50 şəxsin siyahısını açıqlayıb.

“Qafqazinfo”nun nəşrin rəsmi saytına istinadən verdiyi xəbərə görə, siyasətçilər, biznesmenlər, sənətçilərin yer aldığı siyahıda diqqət çəkən şəxslərdən biri İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu olub. O, “The Bloomberg 50”də Türkiyədən yer alan yeganə insan olub. 

Nəşr siyahıda qərarlaşan şəxslərlə bağlı qısa məlumat xarakterli yazılarında İmamoğlunun bu ilin iyun ayında keçirilən seçkilərdə 54 faiz səslə qələbə qazandığını xatırladaraq 31 mart seçkilərindən sonra ölkədə baş verən proseslərdən bəhs edib.