İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün müraciət etdi - Video

imamoglu-olke-prezidentliyine-namizedlik-ucun-muraciet-etdi
Oxunma sayı: 4805

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasında (CHP) ilkin seçki ilə müəyyənləşəcək olan ölkə prezidentliyinə namizədlik üçün ərizəsini təqdim edib.

“Qafqazinfo” verir ki, Əkrəm İmamoğlu petisiyaya imza atdığı anları sosial media hesabında paylaşıb.

“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.