İmişlidə növbəti səyyar qəbul keçirildi - Fotolar

imislide-novbeti-seyyar-qebul-kecirildi
Oxunma sayı: 1324

İmişli rayonunda əhalinin problemlərinin yerində həll edilməsi məqsədilə RİH başçısı Elçin Rzayevin cari ilin iyun ayı ərzində Bəhrəmtəpə qəsəbəsi, Murğuzalılı, Xoşçobanlı, Qaraqaşlı, Mürsəlli və Ağaməmmədli kənd sakinləri ilə səyyar qəbulu  keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşlərdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbullardan öncə Elçin Rzayev Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızın xatirələrini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra icra başçısı sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini bildirib. Sakinləri diqqətlə dinləyən RİH başçısı onların çoxsaylı suallarını və müraciətlərini cavablandıraraq bəzi məsələlərin həlli ilə bağlı qəbullarda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunması ilə əlaqədar tapşırıqlarını verib və qaldırılan məsələlər nəzarətə götürülüb.