İmişlidə yol infrastrukturu uğurla inkişaf edir

imislide-yol-infrastrukturu-ugurla-inkisaf-edir
Oxunma sayı: 1437

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər İmişli rayonunda uğurla davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində uzun müddət təmir edilmədən istismar olunan avtomobil yollarına asfalt örtük qoyulmağa başlanılıb. Əsaslı təmir işləri İmişli şəhərinin N.Nərimanov, R.Əliyev, A.Ələsgər, Mirzə Ələkbər Sabir, M.Hüseyn, S.Bəhlulzadə, T.Fərmanov, Q.Nəbi, Ə.Məmmədov və Füzuli küçələrində aparılıb. Həmin küçələrdə texnoloji ardıcıllıqla əsaslı təmir işləri aparılaraq ümumilikdə uzunluğu 4750 metr olan yollara 22900 kv.m asfalt örtüyü salınıb. Görülən işlər sözügedən küçələrdə yaşayan sakinlərin sevincinə səbəb olub və həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı İmişli şəhərinin əsaslı təmir işləri nəzərdə tutulan digər küçələrinin avtomobil yollarında hazırlıqlara başlanılıb və yaxın günlərdə həmin küçələrə də asfalt örtük qoyulacaq.

Təbii ki, yolların bərpası, eyni zamanda müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərir, həmçinin nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır.