“İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar” - Video

indi-bextiyar-sag-olsaydi-deyecekdi-evi-qaytar
Oxunma sayı: 6015

Dünən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyevlə akademik arasında maraqlı söhbət reallaşıb.

“Qafqazinfo” xəbər verir ki, X. Yusifzadə qonaqlarla elektrik qatarı ilə bağlı xatirəsini də bölüşüb:

“Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?

İndi bir kənddə, mənim balaca kəndimdə gör nə qədər dəyişikliklər olub. İndi də söz gəldi, gərək deyim. Atam Pirşağıda ev tikdirəndə bizim bu evimiz demək olar, kəndin bütün evlərindən yaxşı idi. İndi o qədər gözəl evlər tikilib ki, bizim ev bunların yanında komaya oxşayır. Bu dəyişikliklərin hamısı bizim müstəqilliyimizin vaxtında yarandı. Bu, böyük işdir. Ona görə mən Sizə uzun ömür, cansağlığı arzu edirəm”.