İngiltərənin bütün komandaları rəsmən Avropa Superliqasından çıxdı

ingilterenin-butun-komandalari-resmen-avropa-superliqasindan-cixdi
Oxunma sayı: 2630

İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem” və “Çelsi” futbol klubları rəsmən Avropa Superliqasının tərkibindən çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə komandaların mətbuat xidmətləri bildirir.

Daha əvvəl İngiltərənin “Mançester Siti” klubu Superliqanın tərkibindən çıxdığını bəyan etmişdi. İtaliyanın “Sky Sport” idman telekanalının jurnalisti Fabritsio Romanonun məlumatına görə, İtaliyanın “Milan” və “İnter”i də tezliklə Superliqanı tərk edəcəklər.

Bazar ertəsi Avropanın 12 top-klubu Superliqanın yaradıldığını bəyan ediblər. Bu, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, “Atletika” və “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarıdır. Onlar yeni turnirin qurucu klublarının sırasına daxil olublar. Daha üç qurucu klub bu barədə daha sonra bəyan etməli idi.

Çərşənbə axşamı günü sözügedən 12 klub keçirdiyi toplantıda turnin ləğv edilməsini müzakirə edib.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), İngiltərə, İspaniya və İtaliya milli futbol federasiyalarının, həmçinin bu ölkələrin çempionatlarının rəhbərliyi klubların Superliqanın yaradılması ilə bağlı qərarını pisləyib və bəyan ediblər ki, qurucu komandalar milli turnirlərin, eləcə də UEFA-nın himayəsi altında keçirilən yarışların iştirakçılarının tərkibindən çıxarılacaqlar.