“İnter” klubu “Ayaks”ın qapıçısını transfer etdi

“İnter” klubu “Ayaks”ın qapıçısını transfer etdi
Oxunma sayı: 953

İtalyanın “İnter” futbol klubu “Ayaks”ın qapıçısı Andre Onananı transfer edib.

“Qafqazinfo”  xəbər verir ki, kamerunlu qolkiperlə beşillik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün təzminat ödəməyib.

Qeyd edək ki, 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.