“İnter Mayami”də daha bir transfer

inter-mayamide-daha-bir-transfer
Oxunma sayı: 2772

“İnter Mayami”də yeni transfer baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, MLS təmsilçisi “Boka Xuniors”un müdafiəçisi 24 yaşlı Marselo Veyqandtı heyətinə cəlb edib.

M. Veyqandt ilə ilin yayınadək müqavilə imzalanıb.

Beləliklə, Veyqandt Lionel Messi də daxil olmaqla, MLS klubunun 9-cu argentinalı oyunçusu olub.