“İnter”də 5 nəfər koronavirusa yoluxdu

interde-5-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 739

İtaliyanın “İnter” klubunun beş üzvündə koronavirus aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“İnter”də iki idarəedici direktor Alessandro Antonello və Cüzeppe Marotta, həmçinin idman direktoru Pyero Ausilio, klub vəkili Ancelo Kapelyini və texniki heyətin bir üzvünün testinin nəticəsi müsbət çıxıb. Adıçəkilən şəxslərin hamısı karantinə alınıb.