İntihar edən qızın görüntülərinin yayılması ilə bağlı araşdırma başladı

intihar-eden-qizin-goruntulerinin-yayilmasi-ile-bagli-arasdirma-basladi
Oxunma sayı: 4606

Yasamal rayonunda intihar edən 18 yaşlı qızın pornoqrafik görüntülərinin yayılması ilə bağlı cinayət işi başlanılıb.

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Bildiririk ki, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyeva yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.