İordaniya Kralı II Abdullah və Kraliça Ranianın böyük qızı şahzadə İman ilk dəfə ana olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kraliça Rania öz instaqram hesabında paylaşım edib.
O, xəstəxanada çəkilmiş fotoları izləyiciləri ilə bölüşüb və uşağın adının Əminə olduğunu açıqlayıb.
Qeyd edək ki, 26 yaşlı İman 2023-cü ilin martında amerikalı maliyyəçi Cəmil Aleksandr Tarmiotislə ailə qurub.