İran ABŞ-ın İraqdakı bazasına zərbə endirdi - 80 ölü+ Video

iran-abs-in-iraqdaki-bazasina-zerbe-endirdi
Oxunma sayı: 12773

ABŞ-ın İraqda yerləşən “Əl-Əsəd” hərbi bazası raket hücumuna məruz qalıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” “CNN” telekanalına istinadən xəbər verib.

Hadisəyə görə məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb. “ABC” telekanalı qeyd edir ki, zərbə azı 10 ədəd ballistik raket vasitəsilə ilə yerinə yetirilib.

ABŞ Prezidenti Donald Tramp bu barədə məlumatlandırılıb. Trampın mətbuat katibi Stefani Qrişemin sözlərinə görə, dövlət başçısı özü situasiyaya nəzarət edir.

***

İrana məxsus “Press TV”nin iddiasına görə, hadisə nəticəsində 80 amerikalı hərbçi həlak olub.

***

Pentaqon xəbərlə bağlı hələ ki, açıqlama yaymayıb.