İran təyyarə qəzasının səbəbini açıqladı - “Səhvən vurulub”

iran-teyyare-qezasinin-sebebini-aciqladi
Oxunma sayı: 10144

İran hökuməti Tehranda qəzaya uğramış Ukraynanın “Boeing 737-800” təyyarəsinin düşmə səbəbini açıqlayıb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, hökumət təyyarənin səhvən vurulduğunu bəyan edib.

İran Silahlı Qüvvələrinin Baş Qərərgahının yaydığı açıqlamaya görə, hadisə insan səhvi ucbatından baş verib.

"ABŞ böhranı zamanı insan səhvi fəlakətlə nəticələndi. Qəzada ölənlərin ailələrindən üzr istəyirik", - deyə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Laynerin düşməsi nəticəsində 176 nəfər həlak olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.