İranın Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinə endirilmiş zərbəyə görə ABŞ-ni günahlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın XİN başçısı Hüseyn Əmir Abdullahian sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, Dəməşqdəki hücumla bağlı İsveçrənin Tehrandakı Səfirliyinin diplomatı ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi XİN-ə çağırılıb:
“Bu məsələdə Amerika məsuliyyətə cəlb olunmalıdır”.