İrana müalicəyə gedən 4 azərbaycanlı qəzada öldü

irana-mualiceye-geden-4-azerbaycanli-qezada-oldu
Oxunma sayı: 11276

İranda yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə Ərdəbil şəhərində qeydə alınıb. 

Ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri olan ər-arvad - 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır. 

Digər iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.