İranda cümə namazları təxirə salındı

iranda-cume-namazlari-texire-salindi
Oxunma sayı: 906

İranın paytaxtı Tehranda koronavirus epidemiyası ilə əlaqədar cümə namazları təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tehran Cümə Namazlarının Təşkili Mərkəzi xəbərdarlıq yayıb. Mərkəz İranda mövcud vəziyyəti nəzərə alaraq insanların toplaşdığı cümə namazlarını təxirə salmaq qərarı alıb.

Qeyd edək ki, son məlumatlara görə İranda 245 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 26 nəfər isə xəstəlikdən həyatını itirib.

Orxan Məmməd