İranda hökumətə qarşı etiraz aksiyası - Video

iranda-hokumete-qarsi-etiraz-aksiyasi
Oxunma sayı: 7106

Tehranda yüzlərlə tələbə hakimiyyətin səhvən Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonra hökumətə qarşı etiraz aksiyası keçirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Onlar İranın ali dini lideri Ayətullah Əli Xameneyinin istefasını tələb ediblər. Etirazçılar Tehran küçələrində İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının ABŞ tərəfindən öldürülən komandanı Qasım Süleymaninin şəklini cırıblar.

Nümayişdə 700-1000 arası insan iştirak edib.