İranda nüvə obyektlərinin vurulmasından sonra radiasiya var?

iranda-nuve-obyektlerinin-vurulmasindan-sonra-radiasiya-var
Oxunma sayı: 6740

ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranda radiasiya sızması aşkar edilməyib.

“Qafqazinfo” İRNA-ya istinadən xəbər verir ki, İslam Respublikasının Atom Enerjisi Təşkilatı dərhal lazımi yoxlamalar həyata keçirdib.

Agentliyin açıqlamasında bildirilir ki, İranın Atom Enerjisi Təşkilatı ABŞ-ın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra heç bir radioaktiv sızma aşkar etməyib.

Əhali üçün heç bir təhlükə olmadığı bildirilib.