İrandan 18 kq narkotik gətirən 5 nəfər saxlanıldı

irandan-18-kq-narkotik-getiren-5-nefer-saxlanildi
Oxunma sayı: 1391

İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb.

“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, son günlərdə DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş tədbirlər nəticəsində 5 nəfər saxlanılıb. Onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq hərəkəti davam etdirilir.

Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axtarışı və müəyyənləş­dirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.